Qırğızıstanda ölüm cəzasının bərpası hüquqi cəhətdən mümkünsüz hesab edildi
Qırğızıstan Konstitusiya Məhkəməsi prezident Sadır Japarovun ölüm cəzasının bərpasına dair təşəbbüsünü rədd edib. Məhkəmə bu addımın hüquqi baxımdan mümkün olmadığını bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir. Prezident Administrasiyası uşaq zorlaması və zorlamayla müşayiət olunan qətl hallarına görə ölüm cəzasının tətbiqini nəzərdə tutan Konstitusiya dəyişiklikləri layihəsini məhkəməyə təqdim etmişdi. Lakin ali məhkəmə orqanı təklifin Konstitusiya sisteminə uyğun gəlmədiyini bildirib.
Məhkəmənin açıqlamasında qeyd olunur ki, dəyişikliklərin təhlili zamanı konstitusiyanın mərkəzində duran əsas dəyər insan hüquq və azadlıqları nəzərə alınıb. Hakimlər vurğulayıblar ki, insan hüquqlarının toxunulmazlığı konstitusiya quruluşunun əsasını təşkil edir və hər hansı dəyişiklik bu prinsiplərin sərhədlərini poza bilməz.
Sevinc Yarməmmədova
14:38 12.12.2025
Oxunuş sayı: 950