Kim Çen In: KXDR ordusunun Kursk əməliyyatı ölkənin statusunu gücləndirdi
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ilin yekunlarına dair çıxışında bildirib ki, ölkənin əsas nailiyyətlərindən biri Koreya Xalq Ordusunun Rusiyanın Kursk vilayətində baş verən hərbi əməliyyatlarda — onun ifadəsi ilə desək, “vilayətin ukrayna qüvvələrindən azad edilməsində” — iştirakı olub.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, KXDR rəhbərinin sözlərinə görə, bu iştirak ölkənin beynəlxalq səviyyədə mövqeyini gücləndirib və Koreya Xalq Ordusunun “məğlubedilməzliyini” nümayiş etdirib.
Kim Çen In həmçinin qeyd edib ki, 2025-ci ildə KXDR üçün tarixi dönüş baş verib. Onun sözlərinə görə, ölkə beşillik inkişaf proqramını tam şəkildə başa vurub və yeni inkişaf mərhələsinə keçid üçün əsas formalaşdırılıb.
Pərvin Hacıyeva
14:02 12.12.2025
Oxunuş sayı: 909