II Qaregin geri addım atıb - Məclis ləğv edilib
Katolikos II Gareginə xəbərdarlıq edilib ki, məclisin keçirilməsi və 10 yepiskopla bağlı mümkün qərarlar arzuolunmaz nəticələrə, o cümlədən ayrı-ayrı din xadimlərinin həbslərinə səbəb ola bilər.
Crossmedia.az bu barədə Hraparak nəşrinə istinadən xəbər verir.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) məclisin qarşısını alacağını bildirib. Xidmətin mövqeyinə əsasən, xaricdən gələn ruhani şəxslərin ölkəyə girişinin bloklanması və onların öz yeparxiyalarına geri qayıtmasına qadağa qoyulması kimi tədbirlər nəzərdə tutulur.
Gərginliyin artmaması üçün II Garegin 10–12 dekabr tarixlərinə planlaşdırılan toplantını ləğv edib.
Günel Verdiyeva
14:28 12.12.2025
Oxunuş sayı: 884