Zelenski atəşkəsə ehtiyac olduğunu bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində seçkilərin keçirilməsi məsələsinə münasibət bildirərək bunun yalnız təhlükəsizlik şəraiti təmin olunduğu halda mümkün ola biləcəyini deyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, seçki prosesi üçün ən vacib şərt atəşkəsdir:
"Biz seçki keçirməyə cəhd edə bilərik. Ukrayna heç vaxt demokratiyadan qaçmayıb. Lakin seçkilərin mümkün olması üçün təhlükəsizlik komponenti təmin edilməlidir. Amerika bu məsələdə kömək göstərə bilər. Əgər indi seçki keçirilməsinə ehtiyac varsa, onda atəşkəs olmalıdır, heç olmasa seçki prosesinin müddəti üçün",- deyə o "İstəklilər Koalisiyası" üzvlərinə onlayn müraciətində bildirib.
Prezident vurğulayıb ki, davam edən müharibə şəraitində səsvermənin təhlükəsiz və ədalətli təşkili ciddi risklər yaradır və buna görə beynəlxalq tərəfdaşların dəstəyi xüsusi əhəmiyyət daşıyır.
Nigar Yahyazadə
13:48 12.12.2025
Oxunuş sayı: 1263