İrəvandakı Qarabağ separatçılarının ofisi bağlana və ya müsadirə oluna bilər
Qarabağdan köçmüş və özlərini “Artsax hökuməti” adlandıran separatçı qruplaşmanın İrəvanda fəaliyyət göstərən ofisinin ilin sonuna qədər bağlanması mümkündür. Eyni zamanda, 11 dekabrda aparılan axtarışlardan sonra həmin ofisin yerləşdiyi binanın dövlət tərəfindən müsadirə oluna biləcəyi ehtimal edilir.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, separatçı strukturların nümayəndələri də özləri ofisin bağlanması və onların bir qisminin saxlanılması riskini istisna etmirlər.
Onların sözlərinə görə, Ermənistan hüquq-mühafizə orqanlarının əsas hədəfi Qarabağdakı separatçı rejimin son “prezidenti” olmuş Samvel Şahramanyandır. O, 2023-cü ildə Qarabağdakı separatçı qurumun rəhbəri kimi çıxış edib və bu gün Ermənistanda qanunsuz fəaliyyət və digər əməliyyatlarla bağlı araşdırmaların mərkəzində dayanır.
Pərvin Hacıyeva
13:29 12.12.2025
Oxunuş sayı: 1537