Separatçıların İrəvandakı binası bağlanacaq?
“Ötən gün “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “nümayəndəliyi”nin binasında aparılan axtarışdan sonra “ArmLur.am”ın mənbələri bildirdib ki, ilin sonunadək binanın bağlanması və ya tam şəkildə “Qarabağ hakimiyyəti”ndən (separatçılar-red.) alınması mümkündür”.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, separatçılardan heç biri bu məlumatı şərh etməyib, amma axtarışdan sonra binanın bağlanması ehtimalını da istisna etməyiblər.
“Bunun ilin sonunadək, yoxsa gələn ilin əvvəlində baş verəcəyi yalnız onlara məlumdur, lakin hər halda “Qarabağ hakimiyyəti” xoşagəlməz sürprizlər gözlədiklərini bildirir. “Qarabağ rəsmiləri” mümkün həbsləri də istisna etmirlər. Onlar başa düşürlər ki, ilk hədəf “Qarabağın 5-ci prezidenti” Samvel Şahramanyan olacaq”, - deyə KİV bildirib.
Nəşr xatırladıb ki, dekabrın 11-də Ermənistan İstintaq Komitəsi İrəvanda, Nairi Zaryan küçəsi 17/A ünvanında yerləşən “nümayəndəlik”də axtarış aparmışdı. Komitənin fəaliyyəti saat 11:00-da başlayıb, 16:30-da başa çatıb
“Axtarış aparılan cinayət işi 2025-ci ilin iyun ayında başlanmışdı.
Vəkil Roman Yeritsyanın bildirdiyinə görə, bu iş ehtimal olunan iqtisadi cinayətlə bağlıdır. Vəkil həmçinin qeyd etmişdi ki, iyundan etibarən aparılan bu iş çərçivəsində onun məlumatına görə yalnız “Ardshinbank” ASC-nin direktoru dindirilib.
İstintaq Komitəsi əvvəlki gün aparılan axtarış zamanı bir kompüter və bir neçə əşyanı müsadirə edib və onlar qırmızı rəngli kiçik çantaya yerləşdirilib”, - deyə nəşr bildirib.
13:14 12.12.2025
Oxunuş sayı: 1122