Aşqabadda “Beynəlxalq Sülh və Etimad İli - 2025” Forumu
Türkmənistanın paytaxtı Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Etimad İli - 2025” forumu dünya liderlərini bir araya gətirib. Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və bir sıra digər ölkələrin rəhbərləri iştirak edirlər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, forum Türkmənistanın daimi neytrallıq statusunun 30 illiyinə həsr olunub. Bu il həmçinin BMT tərəfindən “Beynəlxalq Sülh və Etimad İli” elan edildiyi üçün Aşqabad qlobal dialoqun mərkəzinə çevrilib.
Liderlərin toplantıda əsas müzakirə mövzularının regional sabitlik, enerji təhlükəsizliyi, humanitar əməkdaşlıq və etimadın möhkəmləndirilməsi olduğu bildirilir. Ekspertlərə görə, bu forum Mərkəzi Asiyada diplomatik münasibətlərin yeni mərhələsinin formalaşmasına təkan verə bilər.
Tədbirin sonunda ölkələr arasında bir sıra çoxşaxəli əməkdaşlıq sənədlərinin imzalanacağı gözlənilir.
Sevinc Yarməmmədova
12:36 12.12.2025
Oxunuş sayı: 1368