ABŞ-də minlərlə terrorçunun olduğu bildirilib
ABŞ Terrorla Mübarizə Milli Mərkəzi ölkə ərazisində ən azı 18 min təsdiqlənmiş terror təşkilatı üzvünün və bu kimi qanun pozuntularında şübhəli bilinən şəxslərin olduğunu ehtimal edir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat ABŞ Konqresinin Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsində keçirilən dinləmələr zamanı səsləndirilib. Mərkəzin rəhbəri Cozef Kent çıxışı zamanı təhlükəsizlik orqanlarının apardığı təhlillərin belə nəticə göstərdiyini bildirib.
Kentin sözlərinə görə, bu şəxslərin müəyyən hissəsi aktiv izlənilir və onların mümkün təhlükə yaratmasının qarşısını almaq məqsədilə müvafiq tədbirlər görülür.
Nəzrin Abbas
09:43 12.12.2025
Oxunuş sayı: 1327