Ərdoğan Aşqabadda Qurbanqulu Berdiməhəmmədovla görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabada səfəri çərçivəsində Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Görüşün detalları açıqlanmayıb, lakin tərəflər regional əməkdaşlıq və ikitərəfli münasibətlərin möhkəmləndirilməsi mövzularını müzakirə ediblər.
Qeyd olunur ki, Prezident Ərdoğan Aşqabada səfəri zamanı həm də “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”nda iştirak edir. Eyni zamanda, Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə tədbirlər keçirilir.
23:07 11.12.2025
Oxunuş sayı: 1046