Prezident Ərdoğan Türkmənistana səfər edib
Prezident Rəcəb Tayyib Ərdoğan “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”nda iştirak etmək üçün Türkmənistanın paytaxtı Aşqabada səfər edib.
Crossmedia.az xəbər verir ki, “TUR” təyyarəsi ilə Aşqabad Beynəlxalq Hava Limanına gələn prezident rəsmi mərasimlə qarşılanıb. Mərasimdə Prezident Ərdoğanı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Məmmədxan Çakıyev, Türkiyənin Aşqabaddakı səfiri Əhməd Demirok və digər rəsmi şəxslər qarşılayıblar.
Xəbərdə qeyd olunur ki, Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, prezidentin kommunikasiya direktoru Burhanəddin Duran, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, həmçinin Türkmənistanın Ağsaqqallar Şurasının sədri Binəli Türkmən səfərdə iştirak edirlər.
Türkan Kərimli
22:05 11.12.2025
Oxunuş sayı: 1091