Rusiya baş nazirinin müavini Ermənistanın Aİİ-yə münasibətindən narazılığını bildirib
Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistanın eyni vaxtda həm Avropa İttifaqına, həm də Avrasiya İqtisadi İttifaqına üzvlüyü bir araya sığmır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Overçukun sözlərinə görə, Ermənistan nə vaxtsa strateji seçim etməli olacaq. O vurğulayıb ki, iki inteqrasiya blokunun hüquqi və siyasi tələbləri bir-birinə ziddir və bu, uzunmüddətli perspektivdə paralel davam edə bilməz.
Rusiya rəsmisi qeyd edib ki, qərarı yalnız Ermənistan cəmiyyəti verə bilər. “Hansı istiqamətin ölkənin maraqlarına uyğun olduğuna erməni xalqı özü qərar verəcək”, - deyə o bildirib.
Türkan Kərimli
20:22 11.12.2025
Oxunuş sayı: 973