“Cənub” qrupu: Severskinin alınması Slavyanska yol açıb
Rusiyanın “Cənub” qoşun qrupunun komandiri Sergey Medvedev bildirib ki, Seversk şəhərinin nəzarətə götürülməsi Slavyansk istiqamətində hücumun inkişafı üçün əlverişli şərait yaradıb.
Crossmedia.az "İzvestiya"-ya istinadən xəbər verir ki, Medvedev bu barədə xüsusi hərbi əməliyyat zonasındakı vəziyyətlə bağlı keçirilən müşavirədə məlumat verib. Onun sözlərinə görə, Üçüncü Ordunun birləşmələri Seversk yaxınlığında aparılan əməliyyatı tamamlayaraq Slavyansk istiqamətində növbəti mərhələyə keçid imkanı əldə edib.
Medvedev həmçinin qeyd edib ki, raket-artilleriya qoşunları, aviasiya və pilotsuz uçuş aparatları əməliyyatın uğurunda mühüm rol oynayıb. Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, Ukrayna tərəfi Seversk ətrafında möhkəmləndirilmiş müdafiə xətti quraraq hücumun dayanacağına ümid edirdi, lakin bu cəhd uğursuz olub və qoşunlar planlanan tapşırıqları tam yerinə yetiriblər.
Türkan Kərimli
20:07 11.12.2025
Oxunuş sayı: 920