NATO baş katibi: Biz Rusiyanın növbəti hədəfiyik
NATO-nun baş katibi Mark Rütte Rusiyadan gələn təhlükənin getdikcə artdığını bildirib və Alyans ölkələrini maksimal səviyyədə hazırlığa çağırıb. Onun sözlərinə görə, Moskva hələ də imperiya nüfuzunu bərpa etməyə çalışır və bu, Avropa üçün ciddi strateji risk yaradır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Rütte müttəfiqlərin özünü arxayın hiss etmək üçün vaxtlarının olmadığını və təhlükənin real ölçülərinin hələ də bir çoxları tərəfindən düzgün qiymətləndirilmədiyini vurğulayıb. O bildirib ki, bəzi ölkələr vəziyyətin öz xeyirlərinə dəyişdiyini düşünsələr də, bu, yanlış təəssüratdır.
"Biz Rusiyanın növbəti hədəfiyik", – deyə baş katib açıqlamasında bildirib və bütün NATO üzvlərini müdafiə qabiliyyətini gücləndirməyə, hazırlıq prosesini sürətləndirməyə səsləyib.
Nigar Yahyazadə
17:26 11.12.2025
Oxunuş sayı: 1074