Mariya Maçado ölkəni gizli tərk edərək Norveçdə Nobel Sülh Mükafatını aldı
Venesuela müxalifətinin lideri Mariya Maçado gizli şəkildə ölkədən çıxaraq Norveçdə Nobel Sülh Mükafatını qəbul edib.
Bu barədə Crossmedia.az The Wall Street jurnalına istinadən məlumat verir.
Maçado Karakasın kənarından balıqçı kəndinə çatmaq üçün 10 saat blok-postlardan keçib. O, sübh çağı taxta qayıqla Karib dənizini aşaraq Kurasao adasına yollanıb. Qeyd edilir ki, ABŞ hərbçilərinin onu təhlükə kimi qəbul etməməsi üçün Ağ Ev əvvəlcədən məlumatlandırılıb.
Kurasao adasından Maçado Avropaya uçaraq mükafatlandırma mərasimində iştirak edib.
Türkanə Məşədiyeva
15:20 11.12.2025
Oxunuş sayı: 1415