EUMA sərhəddə 1000-ci patrulunu həyata keçirdi
Avropa İttifaqının Ermənistan üzrə Kəşfiyyat və Nəzarət Missiyasının (EUMA) üzvləri Azərbaycan sərhədinə yaxın ərazilərdə müşahidə və patrul fəaliyyətlərini davam etdirirlər. Missiyanın X sosial şəbəkə səhifəsində yayımlanan açıqlamada bildirilir ki, Exegnadzor komandası dünən 1000-cü patrulunu uğurla tamamlayıb.
Bildirilib ki, EUMA yaradıldığından bəri ümumilikdə 7000-dən çox patrul həyata keçirib və missiyanın əməkdaşları hadisələrin gedişatını davamlı olaraq izləyirlər
Crossmedia.az EUMA missiyasına istinadən xəbər verir ki, Avropa İttifaqının Ermənistan üzrə Kəşfiyyat və Nəzarət Missiyasının üzvləri Azərbaycanla sərhəd bölgələrində “əməliyyatlarını” davam etdirir
“Dünən keçirilən 1000-ci patrul üzrə Exegnadzor komandamızı təbrik edirik. Ümumilikdə, EUMA Missiyası yaradıldığından bəri 7000-dən çox patrul həyata keçirib. Nəzarətçilərimiz hadisələrin yerində vəziyyəti fasiləsiz izləməyə davam edirlər”, – deyə məlumatda qeyd olunub.
Zeynəb Xuduyeva
15:05 11.12.2025
Oxunuş sayı: 3104