Gürcüstan Prezidenti: Avropanı yox olmaq təhlükəsi gözləyir
Gürcüstan Prezidenti Mixail Kavelaşvili bildirib ki, mövcud kursun davam etdirilməsi halında Avropanı və Avropa dəyərlərini yox olmaq təhlükəsi gözləyir.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Ağ Ev dekabrın 5-də yenilənmiş milli təhlükəsizlik strategiyasını dərc edib. Sənəddə Aİ-nin bir sıra nümayəndələri ilə fikir ayrılıqları qeyd olunur.
“Bizim üçün Avropa bu günkü Aİ bürokratiyasi deyil. Avropa daha dərin dəyərlərdir və ABŞ məhz onların mümkün itirilməsi barədə xəbərdarlıq edir”,-deyə Kavelaşvili bildirib.
Gürcüstan prezidenti əlavə edib ki, ABŞ-nin yeni milli təhlükəsizlik strategiyası Avropa İttifaqının üzləşdiyi dərin struktur problemlərin təhlilidir.
Türkanə Məşədiyeva
14:50 11.12.2025
Oxunuş sayı: 1088