Ermənistanda Qarabağ separatçılarının nümayəndəliyində axtarışlar davam edir
Ermənistanın paytaxtı İrəvanda Qarabağ separatçılarının nümayəndəliyində artıq bir saatdan çox axtarış aparılır. Njde İskandaryanın sözlərinə görə, Təhqiqat Komitəsinin 10-dan çox əməkdaşı məhkəmə qərarını təqdim edib, kompüterləri yoxlayır, sənədlər axtarır.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Təhqiqat Komitəsində isə yalnız "cinayət işi çərçivəsində zəruri istintaq tədbirləri həyata keçirilir",- deyə məlumat verilib.
14:03 11.12.2025
Oxunuş sayı: 990