ABŞ “C5” Qrupunu G7-yə alternativ kimi araşdırır
ABŞ administrasiyası Rusiyanı, Çini, Hindistanı, Yaponiya və ABŞ-ı əhatə edən hökumətlərarası “Core 5” (C5) qrupunun yaradılmasını nəzərdən keçirir. Bu addım G7-yə alternativ kimi qiymətləndirilir.
Crossmedia.az Defense One saytına istinadən xəbər verir. Yeni qrupun yaradılması təklifi nəşr olunmamış Milli Təhlükəsizlik Strategiyasında yer alıb. Ağ Evin müavini mətbuat katibi Anna Kelly sənədlərin mövcudluğunu təsdiqləməsə də, milli təhlükəsizlik ekspertləri C5-in yaradılmasının indiki administrasiyanın strateji maraqlarına xidmət edəcəyini bildiriblər.
Sevinc Yarməmmədova
13:56 11.12.2025
Oxunuş sayı: 1091