Lavrov: Bütün anlaşılmazlıqlar aradan qaldırıldı
Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Prezident Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Kreml görüşündə Ukrayna məsələsi ilə bağlı yaranmış bütün anlaşılmazlıqları aradan qaldırıblar.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Lavrovun sözlərinə görə, Moskva Vaşinqtona Ukrayna ilə bağlı əlavə təkliflər göndərib. Təkliflər əsasən kollektiv təhlükəsizlik zəmanətləri ilə bağlıdır.
Mehriban İbrahimli
13:40 11.12.2025
Oxunuş sayı: 908