Belçika Baş naziri Ukraynaya 210 milyard avro ayrılmasına mane olur
Avropa İttifaqı, Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya 210 milyard avro ayırmaq planını irəli sürüb. Lakin Belçikanın Baş naziri Bart de Vever bu plana maneə yaradır.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, De Vever əlavə maliyyə təminatları tələb edir və sanksiyaların ləğv olunması halında Belçikanın Rusiyaya borclu qalacağından narahatlığını bildirir.
AB rəsmiləri isə De Veverə təzyiqləri gücləndirərək, planın həyata keçirilməsi üçün dəstək tələb edir.
Nəzrin Abbas
13:35 11.12.2025
Oxunuş sayı: 1003