Meloni ilə Zelenski arasında gərgin görüş
İtaliyanın baş naziri Ciorcia Meloni Ukrayna prezidenti Vladimir Zelenskini təxminən 90 dəqiqə ərzində “ağrılı güzəştlərə” getməyə razı salmağa çalışıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Zelenski söhbət zamanı Melonidən ABŞ-nin prezidenti Donald Trampın mövqeyinə təsir göstərməsini istəyib. O, həmçinin İtaliyanın Rusiya aktivlərinin müsadirəsində iştirak etməsi, eləcə də Ukraynanın silah tədarükü üçün nəzərdə tutulmuş Purl proqramına qoşulması kimi bir sıra tələblər irəli sürüb.
Meloni ilə Zelenski arasındakı danışıq gərgin və ziddiyyətli keçib.
Pərvin Hacıyeva
13:13 11.12.2025
Oxunuş sayı: 1362