Özbəkistanın qopuz sənəti UNESCO siyahısına daxil edilib
Özbəkistanın qopuz hazırlanması və bu alətdə ifa sənəti UNESCO-nun təcili qorunmalı qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Bu qərar 8–13 dekabr 2025-ci il tarixlərində Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən Mədəni İrs üzrə Komitənin 20-ci sessiyasında qəbul edilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ekspertlər Özbəkistanın təqdim etdiyi müraciəti təsdiqləyiblər. Sənədin hazırlanması zamanı Özbəkistan Mədəniyyət Nazirliyi qopuz və jırau sənətinə dair faktları toplayaraq, UNESCO ilə birgə ictimaiyyətin məlumatlandırılması məqsədilə sənədli film də hazırlayıb.
Nazirlik və beynəlxalq təşkilat nümayəndələri bildiriblər ki, bu addım ölkənin qədim musiqi mədəniyyətinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
13:12 11.12.2025
Oxunuş sayı: 976