İran prezidenti Məsud Pezeşkian Qazaxıstana səfər edib
İran prezidenti Məsud Pezeşkian Qazaxıstana səfər edərək Prezident Qasım-Cömərd Tokayevlə görüşüb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tokayev bildirib ki, İran arxivlərində Qazaxıstan tarixinin mühüm abidələri saxlanılır. İki ölkənin alimləri artıq Əl-Fərabinin irsini birgə araşdırmağa başlayıblar və ona həsr olunacaq mədəni-tarixi kompleksin inşası üzərində işlər aparılır.
İran nümayəndə heyəti Qazaxıstana qədim əlyazmaların surətlərini təqdim edib ki, bu da xalqlarımız arasındakı tarixi yaxınlığı vurğulayır.
Mehriban İbrahimli
12:44 11.12.2025
Oxunuş sayı: 1286