Moskva–İrəvan reysi təxirə salınıb
Moskva şəhərinin bir sıra aeroportlarının müvəqqəti bağlanması səbəbindən «Aeroflot» şirkətinin Moskva–İrəvan reysi ləğv edilib.
Bu barədə Crossmedia.az xarici mənbəyə istinadən xəbər verir.
Cədvələ əsasən, reys 11 dekabr tarixində Moskva vaxtı ilə təxminən səhər saat 10:00-da İrəvana uçmalı idi.
Rusiya Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, «Vnukovo» və «Domodedovo» aeroportlarında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq olunub. Təhlükəsizlik tədbirləri pilotsuz uçuş aparatları ilə mümkün hücum riskinə görə görülüb. Məhdudiyyətlər səbəbindən Yekaterinburq–İrəvan reysi də gecikir.
Bundan başqa, İstanbuldan Moskvaya gələn və saat 03:00-dan etibarən təyyarədə qida almadan gözləyən sərnişinlər Pulkovo aeroportuna buraxılıblar.
Mehriban İbrahimli
12:26 11.12.2025
Oxunuş sayı: 1308