ABŞ İranın GBU-57 bombalarını təkrar istehsal edə biləcəyindən narahatdır
Vaşinqton İranın Amerikanın həssas müdafiə texnologiyalarına çıxış əldə edə biləcəyindən narahatdır.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, ABŞ Mərkəzi Komandanlığının keçmiş komandanı general Frank Makkenzi NBC telekanalına açıqlamasında bildirib ki, Fordoda İran obyektinə endirilən zərbələr zamanı bir neçə Amerika GBU-57 bombası partlamayıb.
ABŞ tərəfi qorxur ki, İran bu döyüş sursatlarını tərs mühəndisləşdirərək öz raket texnologiyası üçün istifadə edə və ya oxşar bombalar istehsal edə bilər.
Nəzrin Abbas
12:23 11.12.2025
Oxunuş sayı: 952