Vanın Tuşba bölgəsində 4,6 bal gücündə zəlzələ qeydə alınıb
Türkiyənin Van vilayətinin Tuşba rayonunda 4,6 maqnitudalı zəlzələ baş verib. AFAD-ın məlumatına görə, yeraltı təkanlar saat 22:17-də qeydə alınıb və ocağın dərinliyi təxminən 6,1 kilometr olub.
Crossmedia.az "TRT Xəbər"-ə istinadən xəbər verir ki, AFAD zəlzələ ilə bağlı açıqlamasında ilkin olaraq hər hansı mənfi vəziyyətin qeydə alınmadığını bildirib. Qurum əlavə edib ki, ərazidə sahə araşdırmaları davam etdirilir.
AFAD həmçinin vurğulayıb ki, hazırkı məlumata əsasən, zəlzələ nəticəsində hər hansı dağıntı və ya itki yoxdur. Qurum vəziyyətin nəzarətdə saxlanıldığını qeyd edib.
Türkan Kərimli
00:01 08.12.2025
Oxunuş sayı: 1224