Zelenskayanın adı korrupsiya qalmaqalında hallanır
Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın adı iş adamı Timur Mindichin korrupsiya işi ilə bağlı audio yazılarda keçir.
Crossmedia.az xəbər verie ki, bu iddia deputat Aleksandr Dubinski tərəfindən Telegramda səsləndirilib.
Dubinski əlavə edib ki, Zelenskaya “öz ödənişləri ilə bağlı nəsə həll edirdi”. Deputat iddialarına dair heç bir sənəd və mənbə təqdim etməyib.
Ukraynada korrupsiya qalmaqalları, Mindichin enerji sektorunda 100 milyon dollardan çox vəsaitin talanına dair işi fonunda daha da geniş müzakirə olunur.
23:20 07.12.2025
Oxunuş sayı: 1358