Kadırov Rusiyanın Ukraynaya zərbələrini “ən uzunmüddətli cavab əməliyyatı” adlandırdı
Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, Rusiya ordusunun son iki gündə Ukraynaya endirdiyi hava zərbələri xüsusi əməliyyat başlayandan bəri ən uzunmüddətli hücumlardır.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, o, "cəzalandırma əməliyyatının” davam etdiyini qeyd edib.
Kadırovun sözlərinə görə, Ukrayna Rusiyanın mülki obyektlərinə hücumlarına görə “artıq çox baha qiymət ödəyib”. Zərbələrin Kiyev və bir sıra digər bölgələrdəki hədəflərə endirildiyi bildirilib.
Rusiya Müdafiə Nazirliyi isə Ukraynanın enerji obyektlərinə “Kinjal” raketləri və PUA-larla qrup zərbəsi endirildiyini açıqlayıb.
23:10 07.12.2025
Oxunuş sayı: 1228