Soçi hava limanı uçuşları məhdudlaşdırdı
Soçi hava limanında uçuşların gəlişi və gedişinə məhdudiyyətlər tətbiq edilib.
Crossmedia.az xəbər verir ku, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako məlumat verib.
Bildirilib ki, qərar uçuş təhlükəsizliyi üçün qəbul olunub.
Dünən gecə Volqoqrad, Qroznı, Vladikavkaz, Nalçik, Maqas, Orsk və Orenburq hava limanlarında da oxşar məhdudiyyətlər tətbiq edilib.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, ölkə ərazisində ümumilikdə 77 PUA məhv edilib.
Türkan Kərimli
23:00 07.12.2025
Oxunuş sayı: 1194