“Israel Hayom” yazır ki, İran İsrailin maraqlarına yalnız Yaxın Şərqdə deyil, dünyanın müxtəlif bölgələrində zərər vurmağa çalışır.
Crossmedia.az xəbər verir ki, nəşr Tehranın İsrailə qarşı “qlobal təsir sistemi” qurduğunu bildirir.
Məlumata görə, məqalədə İranın regiondankənar addımlarına bir neçə nümunə göstərilir:
– İsraildə Tailand vətəndaşlarının fəaliyyətinə maneə cəhdi;
– SEPAH-ın Meksikadakı İsrail səfirinə qarşı planlaşdırdığı sui-qəsd;
– Sidneydə və Stokholmda İsrail əleyhinə fəaliyyətlər.
Təhlilə görə, bu səbəbdən Tel-Əviv təhlükəsizlik strategiyasını qlobal səviyyədə genişləndirməlidir.
Nəzrin Abbas