İlon Mask Aİ-nin ləğvinə çağırış edib
Amerikalı sahibkar və dünyanın ən varlı iş adamlarından biri İlon Mask Avropa İttifaqının ləğv edilməli olduğunu və suverenliyin üzv dövlətlərə qaytarılmasının vacibliyini bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Maskın bu bəyanatı Avropa Komissiyasının ona məxsus “X” sosial şəbəkəsini 120 milyon avro məbləğində cərimələməsindən sonra səslənib.
Onun sözlərinə görə, Aİ buraxılacağı təqdirdə milli hökumətlər öz xalqlarının maraqlarını daha effektiv şəkildə təmsil edə bilərlər. Mask Avropa qurumlarını sərt tənqid edərək qeyd edib ki, mövcud sistem üzv dövlətlərin iradəsini lazımi dərəcədə əks etdirmir.
19:41 07.12.2025
Oxunuş sayı: 1390