Çin J-15 döyüş təyyarələri Okinava yaxınlığında Yapon F-15-lərinə radar kilidi atıb
Dekabrın 6-da Çin Hərbi Dəniz Qüvvələrinə məxsus J-15 döyüş təyyarələri Okinava prefekturasının cənub-şərqində, beynəlxalq hava məkanında Yaponiyanın F-15 qırıcılarına iki dəfə radar kilidi atıb. Təyyarələrin Çin gəmilərindən havaya qalxdığı bildirilir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Yaponiya Müdafiə Naziri Şigeru Koizumi gecə saatlarında keçirdiyi təcili brifinqdə insidenti təsdiqləyərək Pekinin bu addımını “qəbuledilməz” adlandırıb. Nazir radar kilidini “son dərəcə təhlükəli” davranış kimi qiymətləndirib.
Yaponiyanın hərbi qurumunun məlumatına görə, ilk insident saat 16:32-də, ikinci isə 18:37-də qeydə alınıb.
Tokio Pekinə rəsmi etiraz notası göndərib və belə halların təkrarlanmaması üçün təminat tələb edib.
17:28 07.12.2025
Oxunuş sayı: 1432