Çin və Rusiya Rusiya ərazisində üçüncü birgə raketdən müdafiə təlimi keçirib
Çin və Rusiya Rusiya ərazisində üçüncü dəfə birgə raketdən müdafiə təlimləri reallaşdırıblar. Çin Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər dekabrın əvvəlində baş tutub. Rəsmi açıqlamada bildirilib ki, tədbir heç bir üçüncü ölkəyə qarşı yönəlməyib və mövcud beynəlxalq vəziyyət fonunda həyata keçirilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər noyabr ayında raketdən müdafiə və strateji sabitlik mövzularında danışıqlar aparıblar. Bu ilin avqustunda isə Moskva və Pekin Yapon dənizində artilleriya və sualtı qayıqlara qarşı birgə hərbi təlimlər keçirmişdi.
Hər iki ölkə bundan öncə ABŞ-da Donald Tramp administrasiyasının “Qızıl Günbəz” raketdən müdafiə sistemi yaratmaq planları və 30 ildən sonra nüvə sınaqlarını bərpa etmək niyyəti ilə bağlı narahatlıqlarını ifadə etmişdi.
16:41 07.12.2025
Oxunuş sayı: 1399