Çin Pentaqonla əlaqəli şirkətlərə nadir torpaq metalları tədarükünü məhdudlaşdırmağı planlaşdırır
Çin hökuməti Pentaqonla əlaqəli şirkətlərə nadir torpaq metalları və bir sıra digər materialların tədarükünü məhdudlaşdıra biləcək sistemin yaradılmasını nəzərdən keçirir.
Crossmedia.az bildirir ki, bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb. “Təsdiqlənmiş son istifadəçi” adlanan sistem Çin hakimiyyətinə nadir torpaq metalları ixracını sadələşdirmək və eyni zamanda bu materialların Pentaqonla əməkdaşlıq edən şirkətlərə yönəldilməsinin qarşısını almağa imkan verəcək.
Bununla belə, belə bir sistemin avtomobil və aerokosmik sənayelərdə fəaliyyət göstərən Amerika şirkətləri üçün nadir torpaq metalları tədarükünü çətinləşdirə biləcəyi bildirilir. Çünki həmin şirkətlərin məhsullarından həm mülki, həm də hərbi sahələrdə istifadə olunur. Qəzetin məlumatına görə, planın detalları və sistemin tam forması hələ dəyişə bilər.
13:05 11.11.2025
Oxunuş sayı: 1722