Crossmedia.az aktual məsələləri analitik kontekstdə təqdim etməyi bacarır – Elnur Rüstəmov
Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunur. 1 yaş münasibətilə redaksiyaya təbriklər daxil olmağa davam edir.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Crossmedia.az kollektivini təbrik edib:
“Crossmedia.az portalının bir illik fəaliyyəti münasibətilə komandanı səmimi qəlbdən təbrik edirəm. Qısa müddət ərzində portal analitik baxış tərzi, operativliyi və obyektivliyi ilə media məkanında özünəməxsus yer qazanıb. Mən də psixologiya sahəsində mütəmadi olaraq bu platformada müsahibələr vermişəm və hər dəfə peşəkar yanaşmasının, dəqiqliyin və məsuliyyətli informasiya təqdimatının şahidi olmuşam. Crossmedia.az mövzulara həssas yanaşır, cəmiyyət üçün aktual məsələləri analitik kontekstdə təqdim etməyi bacarır. Bu, həm informasiya keyfiyyəti baxımından, həm də ictimai maarifləndirmə yönündən çox vacib məqamdır. Portalın gələcək illərdə də daha geniş oxucu auditoriyasına çatacağına və ölkəmizdə analitik jurnalistikanın inkişafına mühüm töhfələr verəcəyinə inanıram. Bir yaşınızı təbrik edirəm, yaradıcılıq uğurları arzulayıram!”
Ayhan
12:11 03.11.2025
Oxunuş sayı: 1446