Qələminizin gücü tükənməsin - Hüquqşünas Cross Media-nı təbrik edib
Bir il əvvəl Crossmedia.az cəmiyyətin informasiya məkanında dürüst səsə çevrilmək məqsədilə yola çıxdı. O zaman bəlkə çoxları üçün bu, sadəcə yeni bir xəbər saytı idi. Amma zaman göstərdi ki, Crossmedia yalnız xəbərləri paylaşmaq üçün yaranmayıb, sözün məsuliyyətini daşımaq, oxucunun etimadını qorumaq kimi çətin bir missiyanı seçib.
Bu bir il ərzində saytın yazıları təkcə hadisələri deyil, hadisələrin arxasındakı həqiqətləri göstərməyə çalışdı. Rezonans doğuran mövzulara ədalətli, düşünülmüş və tərəfsiz yanaşma, “kim haqlıdır?” sualına cavab axtararkən haqqın özünü qorumaq – bu, hər redaksiyanın bacardığı iş deyil.
Crossmedia-nın fərqi də məhz bundadır: burada xəbərin tərzi, ton və yanaşma forması daxili dürüstlüyün göstəricisidir.
Bir il çox deyil, amma peşəkarlığın və prinsipiallığın ölçüsü zamanla deyil, etimadla müəyyən olunur. Crossmedia bu etimadı qazanıb.
Bu münasibətlə redaksiya kollektivini səmimi qəlbdən təbrik edirəm. Qələminizin gücü tükənməsin, sözünüz daim azad, mövqeyiniz isə hər zaman ədalətli olsun.
Bir yaşınız mübarək, Crossmedia kollektivi. Siz azad medianın güclü səsisiz.
Hörmətlə,
Əlövsət Allahverdiyev
Hüquq üzrə fəlsəfə doktoru, dosent, BDU hüquq fakültəsinin müəllimi
19:17 02.11.2025
Oxunuş sayı: 1393