İnsan nə axtarır?
26 oktyabr tarixində Qədim Qala nəşriyyatının təşkilatçılığı ilə I Üzləşmə forumu keçirilib.
Forumda üç spiker çıxış edib və hər biri “insan nə axtarır?”
sualına öz baxış bucağından fikir bildirməyə çalışıblar. İlk olaraq Sosioloq, Fəlsəfə
Doktoru Mail Yaqub çıxış edib. O, insan nə axtarır? sualına Azadlıqdan Qaçış
mövzusu kontekstində izah edib. Mail Yaqubdan sonra Psixologiya üzrə Fəlsəfə
Doktoru Ramidə Oktayqızı çıxış edib. O, Baş boş olanda mövzusu haqqında fikirlərini
bölüşüb. Eyni zamanda mövzuya uyğun olaraq da, iştirakçıların maraqlarını cəlb
edəcək 2 səhnəcik təqdim edib. Son olaraq isə yazıçı, psixoloq Rövşən
Abdullaoğlu çıxış edib. Onun mövzusu isə Qaçırılmış Avtobus idi. Hər üç
spikerin mövzuları qonaqların diqqətini cəlb etməklə yanaşı, onlarda həm də
maraqlı sualların yaranmasına səbəb olub. Spiklerlə qonaqlar arasında olan
sual-cavablar forumu daha da interaktiv edib.
Spikerlərin çıxışından sonra isə Mahir Mirişlinin və Röya Şərifin
iştirakı ilə tamaşa təqdim olunub. Tamaşa Rövşən Abdullaoğlunun "Bu Şəhərdə
Kimsə Yoxdur" kitabındakı Visam və Villi obrazlarını xatırladıb. Səhnə izləyicilərə
mövzunu hiss etdirib, onlarda dərin düşüncələr yaradıb. Tamaşadan sonra Rafael
Şabanovun (Rafo) ifasında "Bu Şəhərdə Kimsə Yoxdur" psixoloji
romanının əsasında çəkilmiş "Bu Şəhərdə Kimsə Yoxdur" çoxseriyalı bədii
filminin saundrecti səslənib. Bununla da forumun birinci hissəsi tamamlanıb.
Forumun 2-ci hissəsi daha da interaktiv keçib, spikerlər və
qonaqlarla olan fikir mübadiləsi insanları düşündürüb. Yəqin ki, onlar insan nə
axtarır? sualının cavabını tapıblar. Forum bununla bitməyib, belə ki, Xanəndə Fərid
Əliyev, Tarda Saleh Salahov, Kamançada Ceyhun Muradov ifası ilə dinləyicilərin
ruhunu oxşayıb. Forumun sonunda Rövşən Abdullaoğlunun imza mərasimi keçirilib.
Forum hər kəsin düşüncəsinə toxunan anlarla yadda qalıb.
Qeyd edək ki, I Üzləşmə Forumu Qədim Qala Nəşriyyatının təşkilatçılığı ilə keçirilib. Yaxın gələcəkdə forumun davamı nəzərdə tutulur.
Günel Ayxan




16:09 30.10.2025
Oxunuş sayı: 4830