Avropa səfiri sualı dəqiq cavablandırmadı

Aİ Azərbaycan və Ermənistan sərhədində müşahidə missiyasının davam edib-etməyəcəyini hələ dəqiqləşdirməyib.
Crossmedia.az xəbər verir ki, Avropa İttifaqının səfiri Vasilis Maraqos “Azadlıq” radiosunun sualını cavablandırarkən bildirib ki, hələlik yekun qərar yoxdur. O, həmçinin rəsmi İrəvanın missiyanın müddətinin uzadılması ilə bağlı müraciət edib-etmədiyini dəqiqləşdirməyib.
“Missiya müddətini uzatmaq qərarı hələ verilməyib, lakin biz bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə mərhələsindədir”, - Aİ səfiri bildirib.
11:57 19.11.2024
Oxunuş sayı: 6411