Ukraynanın nə Aİ-yə, nə də NATO-ya üzvlüyü real görünür - Ekspert

Ukrayna müəyyən şərtlər daxilində dekabr ayında Avropa İttifaqına üzvlük məsələsində irəliləyiş əldə etməyə ümidlidir. Yerli medianın verdiyi məlumatına görə, bu barədə "Politico" nəşrinə Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini Taras Kaçka bildirib.
Dekabr ayında keçiriləcək Aİ sammitində Ukraynanın təşkilata mümkün üvzlüyü barədə politoloq Elçin Xalidbəyli Crossmedia.az-a danışıb. O bildirib ki, bütün bunlar Ukraynaya verilən vədlərdən başqa birşey deyil: "Ukraynanın nə Aİ-yə, nə də NATO-ya üzvlüyü real görünür. İki qurumun ikisi də münaqişə vəziyyətində olan ölkələri öz sıralarına qəbul eləmək istəmirlər. Burada da əsas məqsəd münaqişə vəziyyətində olan ölkələrin problemlərinə şərik çıxmamaq, həmin problemləri həll etmək çətinliyini öz üzərinə götürmək istəməmələridir. Ona görə də belə ölkələri öz sıralarına qəbul eləmirlər. Hal-hazırda Ukrayna da həmin vəziyyətdədir. Rusiya ilə münaqişə vəziyyətində olan bir ölkənin Aİ-yə üzv qəbul olunacağına inanmaq bir qədər çətindir. ABŞ-nin Aİ-yə sərt təzyiqləri olarsa, bəlkə də, o zaman ittifaq müəyyən güzəştlər edə bilər".
Ekspert qeyd edib ki, bu məsələ yenə də bu elə inandırıcı iddia deyil: ‘’Xüsusilə, dekabr ayına qədər bu ümumiyyətlə real görünmür. Çünki Aİ-yə üzvlüklə bağlı müəyyən hazırlıq prosesi olur. Ölkələr bir neçə illik prosesslə üzvlüyə hazırlaşırlar, qarşılıqlı müzakirələr edirlər və üzv qəbul olunmaq istəyən dövlətin buna nə qədər hazır olduğuna yönəlik hesabatlar təqdim olunur. Sözügedə məsələn bu baxımdan bir qədər inandırıcı görünməyən bir iddiadır. Hətta Rusiya ilə müharibə sona çatdırılmış olsa belə, Ukrayna Aİ üçün ağır yük xarakteri daşıyır. Çünki Ukraynanın yenidən bərpa olunması lazımdır və üzv dövlət kimi Aİ rəsmi Kiyevə dəstək verməli olacaq. Buna da Aİ-nin hansı səviyyədə hazır olduğu məlum deyil. Hələ daha dərin arqumentlərə enməyib, bütün bunları nəzərə alanda Ukraynanın yaxın vaxtlarda ittifaqa üzvlüyü inandırıcı görünmür. NATO-ya üzvlük məsələsi isə demək olar ki, qapanıb. Çünki həm ABŞ, həm də NATO-nun rəhbərliyi Ukraynanın yaxın gələcəkdə Alyansa olmayacağını birmənalı şəkildə elan ediblər. Bu baxımdan hesab etmək olar ki, Ukraynanın Aİ-yə üzvlüyünə heç Macarıstanın da veto qoymağına ehtiyyac yoxdur’’.
Sevinc Yarməmmədova
16:28 20.10.2025
Oxunuş sayı: 2436