Ekspert: “Taksometr sistemi tətbiq olunsa, həm sürücü, həm sərnişin razı qalacaq”

Son zamanlar taksi sürücüləri ilə bağlı şikayətlər xeyli artıb. Vətəndaşlar bildirirlər ki, bəzi sürücülər sifarişi qəbul etdikdən sonra müştəridən onu ləğv etməyi tələb edir, imtina olunduqda isə sərnişinləri təhqir edirlər. Bu hallar ictimai narazılığa səbəb olmaqla yanaşı, həm də sərnişin hüquqlarının pozulması kimi qiymətləndirilir.
Məsələ burasındadır ki, şirkət ödənişin nağd və ya nağdsız qaydada ödənilməsi ilə bağlı seçimi sərnişinlərin öz öhdəsinə buraxır. Ancaq sürücülər nağıd ödənişinə üstünlük verir və sanki nağdsız ödənişi qazanc hesab etmirlər. Bu isə sürücülərlə sərnişinlər arasında narazılıqlara səbəb olmaqla yanaşı, həm də taksi xidməti haqqındamənfi fikirlər formalaşdırır.
Məsələ
ilə bağlı nəqliyyat
eksperti İlqar Hüseynli Crossmedia.az-a danışıb. Ekspert bildirib
ki, belə hallar baş verdikdə sərnişinlər dərhal istifadə etdikləri taksi şirkətinə
məlumat verməlidirlər:
“Sürücülərin sərnişinləri təhqir etmə
halları yaşandıqda sərnişinlər bu barədə faktlarla birlikdə istifadə etdikləri
taksi şirkətinə məlumat verməlidirlər ki, həmin sürücü ilə bağlı lazımi tədbirlər
görülsün. Bundan əlavə, tətbiqlərdə olan “sürücünü qiymətləndirmə” prosesi də məhz
bu kimi halların qarşısını almaq məqsədi daşıyır”.
İ.Hüseynli qeyd edib ki, sürücülərin qiymətin az olması və ya kartla ödəniş üsulunun
seçilməsi kimi səbəblərlə sifarişi ləğv etməyə ixtiyarı yoxdur:
“Çünki işləmək
üçün seçdikləri şirkət sifariş zamanı həm sürücüyə, həm də sərnişinə qiymət barədə
məlumat verir. Yəni qiyməti müştəri deyil, şirkət müəyyən etdiyi tarif üzrə tətbiq
edir. Bu hallarda xidmətdən imtina edən sürücülərə qarşı müvafiq cəzalar tətbiq
olunmalıdır.”
Ekspertin
fikrincə, problemlərin aradan qaldırılması üçün taksometr sisteminin tətbiqi
vacib addım ola bilər:
“Əgər bu problemlərin
qarşısını almaq üçün fərqli bir üsul tətbiq edilməlidirsə, məncə, bu, taksometr
sistemi olmalıdır. Hazırda dünyanın əksər ölkələrində bu üsuldan istifadə
edilir. Məsələn, minimum ödəniş 2,50 manat olaraq müəyyən edilir və yolun
davamında taksometrdə qeyd olunan məbləğ sərnişin tərəfindən ödənilir. Beləliklə,
həm müştəri, həm də sürücü razı qalır. Yolun uzunluğundan asılı olaraq sonda
real məsafəyə uyğun qiymət tətbiq olunur”.
İ.
Hüseynov əlavə edib ki, taksi xidmətlərində şəffaflığın artırılması üçün
terminalların quraşdırılması da vacibdir: “Digər mühüm addım isə terminalların quraşdırılmasıdır. Bu, sərnişinlərə
qeyri-nağd şəkildə ödəniş etmək imkanı verəcək və ödəniş prosesi daha rahat və
şəffaf olacaq”.
Fatimə Hacıəliyeva
11:50 16.10.2025
Oxunuş sayı: 2136