Pezeşkian: İnsanların problemlərinin əsas səbəbkarı məmurlardır

"Əksər hallarda problemlərin əsas günahkarı qərar qəbul edənlər və məmurlardır".
Crossmedia.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bildirib.
O, məmurların davranışının yaxşılaşdırılmasının vacibliyini vurğulayaraq əlavə edib: "İnsanlar mövcud şəraitdən narazıdırlarsa, bu, bizim günahımızdır. Biz insanların etimadını doğrultmaq üçün davranışlarımızı və qərarlarımızı dəyişməliyik".
Sitat: "Bəzi insanlar ədalətdən çox danışır, amma əməldə onların davranışlarında düzlükdən, ədalətdən əsər-əlamət yoxdur!"
10:33 15.10.2025
Oxunuş sayı: 1842