Yevlaxda 91 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb
Yevlax rayonunda 91 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb.
Crossmedia.az xəbər verir ki, Yevlax şəhəri, 32-ci məhəllə, bina 8, ev 26 ünvanında yaşayan 1935-ci il təvəllüdlü Məmmədova Qərənfil Həsən qızı yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən mənzilinin eyvanından yıxılaraq ölüb.
Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.
09:28 17.09.2026
Oxunuş sayı: 49