Ruhani: Biz inflyasiyanın artımını dayandırmalıyıq

"Biz həm döyüşməyə bilərik, həm təslim olmaya bilərik, biz inflyasiyanın artımını dayandırmalıyıq ".
Crossmedia.az xəbər verir ki, İranın keçmiş prezidenti Həsən Ruhani ölkədə "ya döyüşməliyik, ya da döyüşməsək məğlub olarıq" ideyasına münasibət bildirərək ölkənin həm döyüşməməli, həm də məğlub olmamalı olduğunu bildirib.
Ruhani deyib: "Qanuna dəyişiklik edin. İran Teleradiosunu bir il müddətinə milliləşdirin. İran Teleradiosu milli birlik və vəhdətin əleyhinə işləyir. Hökumət və ya hakim partiya gələn il ərzində inflyasiyanın artımını dayandırmaq üçün hər cür səy göstərməlidir".
10:29 15.10.2025
Oxunuş sayı: 1590