İran Qəzza atəşkəsi ilə bağlı xəbərdarlıq etdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Qəzzada HƏMAS və İsrail arasında atəşkəsə baxmayaraq Yaxın Şərqdə baş verən son proseslərlə bağlı açıqlama verib.
O, Qəzzadadkı dağıntılarla bağlı narahatlığını ifadə edərək, “sionist rejimin” fəaliyyətlərinə diqqət çəkib.
Crossmedia.az xəbər verir ki, sözçü İsrail qüvvələri tərəfindən yaşayış evlərinin dağıdılması, yandırılması və Əl-Əqsa məscidinə qarşı hörmətsizlik hallarını pislədiklərini bildirib.
Bəqayi, atəşkəsin təminatçısı olan beynəlxalq tərəflərin hadisələrə münasibətdə hərəkətsiz qalmasının nəticələri barədə xəbərdarlıq edib və bu tərəflərin məsuliyyət daşıdığını vurğulayıb.
10:28 15.10.2025
Oxunuş sayı: 1811