Türkiyə Silahlı Qüvvələri Qəzzada sülhün qorunmasına hazırdır

Türkiyə Silahlı Qüvvələri Qəzza zolağındakı vəziyyətin tənzimlənməsi çərçivəsində qarşıya çıxacaq istənilən tapşırığı yerinə yetirməyə hazırdır.
Bu barədə Crossmedia.az Anadolu Agentliyinin Müdafiə Nazirliyindəki mənbələrinə istinadən xəbər verir.
“Sülhün yaradılması və qorunması sahəsində təcrübəyə malik olan Türkiyə Silahlı Qüvvələri (TSK), Qəzza missiyası çərçivəsində onlara həvalə ediləcək istənilən vəzifəni yerinə yetirməyə hazırdır,” – deyə nazirlikdə bildirilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl ölkəsinin İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəs razılaşmasının icrasını yerindəcə nəzarətdə saxlayacaq məqsədli qrupa qoşulmaq niyyətində olduğunu açıqlayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, bu qrupa ABŞ, Misir, Türkiyə və Qətər daxil olacaq. Qrupun əsas məqsədi razılaşdırılmış məsələlərin icrasına nəzarət və yarana biləcək problemlərin həllində vasitəçilik etməkdir.
Nazirin sözlərinə görə, “hazırkı mərhələdə qrupun konkret müəyyən olunmuş öhdəlikləri yoxdur, lakin zərurət yarandıqda razılaşmanın icrası prosesində praktiki həll yollarının tapılması üçün fəaliyyət göstərəcək.”
Mehriban ibrahimli
15:46 13.10.2025
Oxunuş sayı: 2597