Əfqanıstan Pakistanla sülhə can atır, lakin..

Əfqanıstanın Xarici İşlər naziri Əmir Xan Muttaki, Nyu-Dehlidə səfərdə olarkən bildirib ki, Kabul Pakistanla sülh və qonşuluq münasibətlərini dəstəkləyir, lakin lazım gəldikdə öz təhlükəsizliyini təmin etməyə hazırdır.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
“Biz sıfır gərginlik və sülh istəyirik. Amma əgər vəziyyət fərqli inkişaf edərsə — biz özümüzü necə qorumağı bilirik” — deyə Muttaki vurğulayıb.
Əfqanıstan XİN başçısı həmçinin İslamabadı sərhəd məntəqələrini nəzarətdə saxlamaya diqqət yetirməyə çağırıb və Əfqanıstanı vəziyyəti gərginləşdirməkdə günahlandırmamağı tövsiyə edib.
Mehriban İbrahimli
15:43 13.10.2025
Oxunuş sayı: 2662