Aİ Türkiyəni 150 milyard avroluq müdafiə fonduna daxil etmək istəyir

Avropa İttifaqı Türkiyəni 150 milyard avro dəyərində olan Security Action for Europe (SAFE) adlı müdafiə fonduna daxil etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə yunan nəşri Kathimerini məlumat yayıb.
Məlumata görə, Almaniya Yunanıstana təzyiq göstərərək bu təşəbbüsə qarşı çıxmaqdan imtina etməsini istəyəcək. Almaniyanın xarici işlər naziri Yohann Vadəful yaxın günlərdə Afinaya səfəri zamanı məsələni Yunanıstan hökuməti ilə müzakirə edəcək.
Kathimerini yazır ki, hazırda Aİ ölkələri arasında yalnız Yunanıstan, Cənubi Kipr yunan administrasiyası və Fransa bu təşəbbüsə qarşı çıxır.
Qeyd edək ki, digər üzv ölkələr Türkiyə ilə əməkdaşlığı dəstəkləyir. Onlar bu mövqelərini Türkiyənin NATO-nun ikinci ən böyük ordusuna sahib olması və son illərdə müdafiə sənayesinin sürətlə inkişaf etməsi ilə əsaslandırır.
Fatimə Məmmədova
15:16 13.10.2025
Oxunuş sayı: 1842