İsrail ABŞ-nin prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcək

İsrail parlamentinin spikeri Amir Ohana Knessetdə Donald Trampın qarşılanma mərasimində çıxış edərək, ABŞ-nin prezidenti Donald Trampın gələn il Nobel Sülh Mükafatına namizədliyinin irəli sürüləcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
“Cənab Tramp, siz hamıdan çox sülh mükafatına layiqsiniz. Buna görə də buradan elan edirəm ki, biz dünyanın müxtəlif ölkələrinin parlament spikerlərini bu təşəbbüsə cəlb etməyə çalışacağıq və sizin namizədliyinizi gələn il Nobel Sülh Mükafatına irəli sürəcəyik,” – deyə Amir Ohana bildirib.
Xumar Emilqızı
15:10 13.10.2025
Oxunuş sayı: 1840