Netanyahu: Tramp İsrailin tarixində ən böyük dostdur

İsrailin Baş naziri Benyamin Netanyahu Knesset deputatları qarşısında çıxış edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Al Jazeera məlumat yayıb.
Netanyahu çıxışında ABŞ prezidenti Donald Trampı “İsrailin tarixində ən böyük dost” adlandırıb:
“Bu gün emosiyalarla dolu, xalqımızın tarixinə həkk olunacaq bir gündür. Sizin adınız millətimizin mirasında qalacaq, artıq bəşəriyyətin tarixində öz yerini tutub”, – deyə Netanyahu Trampa müraciətlə bildirib.
Baş nazir qeyd edib ki, heç bir ABŞ prezidenti İsrail üçün Tramp qədər iş görməyib.
Onun sözlərinə görə, məhz Trampın “qətiyyətli liderliyi” nəticəsində əldə olunan razılaşma “demək olar ki, bütün dünyanın” dəstəyini qazanıb.
“Bu təklif bütün girovlarımızın evə qayıtmasını təmin edəcək, müharibəyə son qoyacaq və bütün məqsədlərimizə çatmağa imkan verəcək. Bu, regionumuzda və onun hüdudlarından kənarda tarixi sülhün genişlənməsi yolunu açacaq. Cənab Prezident, siz bu sülhə sadiqsiniz, mən də sadiqəm — birlikdə bu sülhə nail olacağıq”, – Netanyahu əlavə edib.
Fatimə Məmmədova
15:07 13.10.2025
Oxunuş sayı: 1779