Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu tarixdə ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
10:39 09.10.2025
Oxunuş sayı: 2466